"2 kobud səhv etdik və 2 qol buraxdıq". Sportnet.az-ın məlumatına görə, bunu Bolqarıstana AVRO-2016-nın ilk seçmə matçındakı 1:2 hesablı məğlubiyyətdən sonra Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.
Almaniyalı mütəxəssis bildirib ki, millimiz ilk hissədə pis oynayıb. İkinci hissədə isə 70-ci dəqiqəyədək yaxşı oynadıqdan sonra komandamızda güc qalmayıb: "Bizim hücumların təşkilində problem var idi, müdafiədə gənclər olduğundan, təcrübələri çatmırdı".
- Biz qrupdan çıxmağa oynayırıqsa, evdə heç-heçəni qorumalıyıq. Qolu vurandan sonra oyunçularımın yorulduqlarını gördüm, ona görə müdafiəçi buraxdım.
Bu anda Foqts almanca fikirlər səsləndirir. Sözləri tərcümə olunmağa başladığı vaxt o, mətbuat konfransını tərk edir. Konrfans yarımçıq dayandırılır.