İtaliyanın "Napoli" və "Kyevo" klublarını bir-birinə bənzər ləqəblə çağırırlar. Sportnet.az-ın məlumatına görə, "Napoli"yə "Uzunqulaqlar", "Kyevo"ya isə "Uçan uzunqulaqlar" deyilir.
Topaz Premyer Liqasındakı 2 futbolçunun müxtəlif vaxtlarda bu klublarla əlaqəsi olub. "Xəzər Lənkəran"ın sabiq qapıçısı Duqlas Leyte komandadan ayrıldıqdan sonra ötən mövsümün ikinci yarısında "Napoli"də çıxış edib. O, hətta İtaliya Kubokunu da qazanıb.
Yayda "Qəbələ" ilə müqavilə bağlamış mərkəz müdafiəçisi Pavol Farkaş isə Azərbaycana gələnədək məhz "Kyevo"ya məxsus olub. "Uçan uzunqulaqlar"la 2012-ci ildə anlaşmış slovakiyalı futbolçu növbəti mövsümü "Ternana"da keçirib.
Qeyd edək ki, dünyada müxtəlif komandalara ayrı-ayrı ləqəblər verilsə də, ən "ekzotik" ləqəb məhz bu iki kluba məxsusdur.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |