Məmmədov "bayquşlar"ın alınması və sponsorluq müqaviləsinin maliyyələşdirilməsi üçün nəzərdə tutulan vəsaiti hələ ödəmək iqtidarında deyil. Ötən həftə "Şeffild Uensdey"in prezidenti Milan Mandariç yeni sərmayəçi axtarışlarına çıxdıqlarını və müqavilə öhdəliklərini yetinə yetirməyən Məmmədova qarşı məhkəmə iddiası qaldırmaq niyyətini açıqlayıb. Bununla belə, Mandariç sponsor anlaşmasına tam sadiq olduqlarını, "Azerbaijan Land of Fire" yazılı formanı qürurla daşıyacaqlarını bəyan edib. O, azərbaycanlı iş adamının problemlərini tezliklə yoluna qoyacağına ümidvar olduğunu bildirib.
Qeyd edək ki, üzləşdiyi maliyyə problemləri səbəbindən Hafiz Məmmədova məxsus Fransa "Lans"ına da transfer qadağası qoyulub.