Özbəkistanın paytaxtı Daşkənddə keçirilmiş dünya çempionatında qızıl medal qazanan Azərbaycan sərbəst güləşçisi Hacı Əliyev fikirlərini bildirib. Sportnet.az-ın məlumatına görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlama verən Əliyev yenidən ölkəmizin bayrağını qaldırmağa çalışacağını söyləyib.
O deyib: "Şükür Allaha, dünya çempionu oldum. Bundan sonra 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına hazırlaşacağam. Eyni zamanda 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarında qızıl medal qazanmağa çalışacağam. Yenidən Azərbaycan bayrağını ucaltmaq üçün mübarizə aparacağam".
Qeyd edək ki, Hacı Əliyev dünya çempionatında 61 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək, qızıl medal qazanıb.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |