
Fransanın "Lans" klubunun prezidenti Jerve Martel sükutu pozub. Sportnet.az-ın məlumatına görə, Martel "L Equipe" nəşrinə müsahibəsində klubun bu mövsüm heç də bankrot olma təhlükəsi ilə üzləşmədiyini açıqlayıb.
O deyib ki, belə iddiaların kimlər tərəfindən irəli sürüldüyünü bilmir: "Əsas səhmdarımız Hafiz Məmmədovun maliyyə çətinlikləri ilə üzləşdiyi barədə Azərbaycandan xəbərlər gəlir. Amma biz bankrot olma təhlükəsi ilə üzləşməmişik".
Martel Məmmədovun onu istefaya göndərmək istədiyi barədə xəbərləri də şərh edib: "O, məni istefaya göndərmək istəsə, bir dəqiqədən çox çəkməz".
Qeyd edək ki, Hafiz Məmmədovun Fransa Futbol Liqasına 4 milyon avro borclu qalması üzündən "Lans"a transfer qadağası qoyulub. Məmmədovun klubun üzləşdiyi durumda Jerve Marteli günahkar qismində gördüyü və onu istefaya göndərməyə hazırlaşdığı bildirilir.