
SOCAR Türkiyənin "Qalatasaray" klubuna forma sponsoru olacağına dair xəbərlərə bir daha aydınlıq gətirib. Şirkətin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev Sportnet.az-a eksklüziv açıqlamasında "Sabah Spor" qəzetinin iddialarını qətiyyətlə təkzib edib.
O deyib: "Belə iddialar 2 ay öncə də ortaya atılmış və həmin vaxt da mən saytınız vasitəsilə xəbəri təkzib etmişdim. Bir daha bəyan edirəm ki, SOCAR-ın "Qalatasaray"a forma sponsoru olacağına dair xəbərlər tamamilə əsassızdır".