
"Qəbələ” rəhbərliyi klub Akademiyasının yetirmələrinin əsas heyətə cəlb edilməsini tələb edib. Təbii ki, belədə, gənc futbolçulara yüksək məvacib ödənilməyəcək və illik büdcə xeyli azalacaqdı. Lakin rusiyalı mütəxəssis gənc heyətlə uğur qazana bilməyəcəyini və şəxsi nüfuzunun itəcəyini önə çəkərək, klub rəhbərliyinin bü təşəbbüsünə qol qoymayıb. Nəticədə, tərəflər arasında fikir ayrılığı yaranıb ki, bu da öz əksini yeni müqavilənin imzalanmamasında tapıb.