
"Qələbə münasibəti ilə komanda yoldaşlarıma minnətdaram.Onlar həqiqətəndə xarakter numayiş etdirdilər". Spornet.az-ın məlumatına görə bunu "Neftçi"nin qapıçısı Şaşa Stamenkoviç "Xəzər Lənkəran"a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
Serbiyalı qolkiper penalti epizodunu da şərh edib: "Orada qayda pozuntusu yox idi, əksinə mənə qarşı kobud oynanılmışdı. Kardozo da artıq topa çatmışdı və bu, sonuncu ümid folu deyildi".
Vasif MƏMMƏDOV