"Araz-Naxçıvan"ın futbolçuları komandadan qovulan Elhad Nəzirinin ittihamlarına cavab veriblər. Sportnet.az-ın məlumatına görə, klubun rəsmi saytında yerləşdirilən açıqlama Kamal Bayramov, Ramal Hüseynov, Eşqin Quliyev, Bəxtiyar Soltanov, Saşa Yunisoğlu, Aqil Nəbiyev, Tərlan Xəlilov, Emin Cəfərquliyev, Qərib İbrahimov və digərlərinin adından yayılıb.
Açıqlamada bildirilir: "Biz uzun müddət bir yerdə oynamışıq. İnsan gərək hər zaman ailəsinə çörək apardığı yerin təshibini kimsəyə verməsin. Nəziri yaxşı futbolçu ola bilər, bunun üçün üzərində çox çalışmalıdır. Məşqçinin də onu oynatmamasının səbəbi bəlkə də bu olub. Lakin bilmədən bizləri oyun satmaqda günahlandıran, təqsirli bilən insan bizim dostumuz yox, düşmənimiz ola bilər. İndi biz ona sual vermək istəyirik: Hardasa oyun satdığımızı görüb? Görübsə, sübut edə bilər? Elhada demək istəyirik ki, bunu sübut etsin. Etmədiyi təqdirdə, bizə şər atdığına görə aidiyyatı qurumlara müraciət edəcəyik. Ya da açıqlama verdiyi saytlarda, qəzetlərdə "Araz Naxçıvan" rəhbərliyindən, məşqçilər korpusundan və biz futbolçulardan üzr istəsin".
Qeyd edək ki, "Araz-Naxçıvan" Elhad Nəziridən əlavə, Vüqar Əsgərov və Aleksandr Krutskeviçlə də qarşılıqlı razılıq əsasında yollarını ayırıb. Nəziri isə komandadakı futbolçuların oyun satdığını iddia edib.