
"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Yunis Hüseynov komandaya qayıdıb. Sportnet.az-ın məlumatına görə, PRO kateqoriyali mütəxəssis klubun idman direktoru vəzifəsinə təyin olunub.
Hüseynov bu gün klub prezidenti tərəfindən klub nümayəndələri və komanda uzvlərinə təqdim edilib.
Qeyd edək ki, "Xəzər Lənkəran" hazırkı baş məşqçisi Oğuz Çətinin rəhbərliyi altında ilk 5 turda 1 qələbə, 1 heç-heçə ilə kifayətləndiyi halda, 3 məğlubiyyət alıb.