
"Xəzər Lənkəran"ın yeni idman direktoru Yunis Hüseynov təyinatı barədə danışıb. 49 yaşlı mütəxəssis Sportnet.az-a qısa açıqlamasında komandaya klub prezidenti Mais Mənsimovun dəvəti ilə gəldiyini bildirib.
Hazırda Lənkəranda "ağ-yaşıllar"ın məşqini izlədiyini deyən Hüseynov komandanın uğurları üçün məşqçilər heyəti ilə birgə əməkdaşlıq edəcəyini vurğulayıb: "Artıq işə başlamışıq. Çalışacağıq ki, bizə göstərilən etimadı doğruldaq".
Hüseynov əlavə suallara cavab verməkdən yayınıb.