
"Bakı"nın prezidenti Hafiz Məmmədov klubdakı problemləri həll edəcəyinə növbəti dəfə söz verib. Bu barədə Sportnet.az-a klubun vitse-prezidenti Yaşar Seyidov bildirib.
Seyidov Məmmədovla yenicə görüşdüyünü açıqlayıb: "Hafiz müəllim mənə dedi ki, komanda üzvləri bir qədər də səbirli olsunlar. Həftəsonunadək problemlər həllini tapacaq. Gözləyirik".
Vitse-prezident futbolçuların məşqlərə çıxdıqlarını, amma martdan bəri maaşlarının ödənmədiyini əlavə edib.