
UEFA-nın 2020-ci il Avropa çempionatını qəbul edəcək şəhərlərin adlarını açıqlayacağı mərasim başlayıb. Sportnet.az-ın məlumatına görə, əvvəlcə indiyədək keçirilmiş Avropa çempionatlarından bəhs edən qısa videoçarx göstərilib.
Ardından qurumun baş katibi Canni İnfantino səhnəyə dəvət edilib. İnfantino UEFA üçün tarixi gün olduğunu bildirib. O, Avro-2020-nin yeni formatı barədə danışarkən, qeyd edib ki, ilk dəfə nüfuzlu yarış 13 müxtəlif şəhərdə təşkil olunacaq. Baş katib qruplardakı oyunların coğrafi zonalar üzrə bölünəcəyini bildirib.
Ekranda namizəd şəhərlərin adları göstərilib.
Daha sonra UEFA prezidenti Mişel Platini səhnəyə dəvət edilib. Yarımfinal və final üçün şəhər seçimi başlanıb. Final və yarımfinal matçlarının Londonda təşkil ediləcəyi məlum olub. 1/4 final matçının Bakıda təşkili açıqlanıb. Digər 1/4 final matçlarını Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya) və Roma (İtaliya) da təşkil edəcək. Bu şəhərlər həm də avtomatik olaraq, qrup mərhələsinin 3 oyununa yiyələniblər.
1/8 final matçları Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan), Brüssel (Belçika), Qlazqo (Şotlandiya) şəhərlərində baş tutacaq.
___________________________________________________________________________________________________________________________________
Bakı (Azərbaycan)
London (İngiltərə)
Minsk (Belarus)
Brüssel (Belçika)
Sofiya (Bolqarıstan)
Skopye (Makedoniya)
Budapeşt (Macarıstan)
Münhen (Almaniya)
Kopenhagen (Danimarka)
Yerusəlim (İsrail)
Roma (İtaliya)
Dublin (İrlandiya)
Bilbao (İspaniya)
Amsterdam (Hollandiya)
Sankt-Peterburq (Rusiya)
Buxarest (Rumıniya)
Qlazqo (Şotlandiya)
Stokholm (İsveç)
Kardiff (Uels)

Yarımfinallar və final zərfinə isə İngiltərə (London) və Almaniya (Münhen) daxil edilib.
