
O bildirib ki, ardıcıl məğlubiyyətlər komandaya pis təsir edir: "Rəqibimiz "Qarabağ” güclü komandadır. Oyunda keyfiyyət özünü göstərdi. Bu oyunda heç-heçə bizim üçün yaxşı nəticə ola bilərdi. "Qarabağ” matça qarışıq heyətlə çıxmışdı. Buna baxmayaraq, təəssüf ki, qol vura bilmədik. Heyətimizdə İlkin Qırtımov və Draqan Çeran kimi futbolçuların olmaması oyuna və nəticəyə təsirsiz ötüşmədi”.