O deyib ki, ölkəmizdə də Rusiya və ya Avropadakı kimi yaşayıb: "Əvvəllər Azərbaycan mənə üçün bir çox digər ölkələr kimi sirli görünürdü. Ammoora orada heç bir qeyri-adi nəsə yoxdur. Asanlıqla, tez uyğunlaşdım. Elə bir hal olmadı ki, öz həyat düzənimi yenidən qurum. Azərbaycanda da Rusiya və ya Avropadakı kimi yaşayırdım. Əlbəttə, orada mədəniyyət bir qədər fərqlidir. Azərbaycan dini ölkədir, yerli sakinlər öz ənənələrinə çox sadiqdirlər. Ölkənin özü və Bakı isə inanılmaz dərəcədə gözəldir. Şəhər çox sürətlə inkişaf edir. Azərbaycanı və "Qəbələ"ni sevdim. Hələ də oradakı insanlarla danışıram. Onlara hələ dəfələrlə baş çəkəcəyimi düşünürəm".
Qeyd edək ki, Marat İzmaylov bu il yanvarın 31-dən mayın 22-dək çıxış etdiyi "Qəbələ"də Azərbaycan çempionatının bürünc medalını qazanıb.