
"İnter"in prezidenti Georgi Nikolov İspaniya "Real Madrid"inin sabiq futbolçusu Xavyer Portilyo ilə maraqlandıqlarına dair xəbərlərə münasibət bildirib. Nikolov Sportnet.az-a açıqlamasında bu barədə ilk dəfə eşitdiyini deyib.
O qeyd edib ki, hazırda İspaniya "Herkules"ində çıxış edən 32 yaşlı hücumçunu almaq istədiklərinə dair xəbərin haradan qaynaqlandığını bilmir: "Biz onunla heç vaxt maraqlanmamışıq. Bilmirəm bu xəbər hardan çıxıb. Portilyo ilə heç bir danışıq və razılaşma olmayıb".