O bildirib ki, belə məsələlərdə hər şey Avropa standartlarına uyğun olmalıdır:
- Bütün dünya oynayırsa, nəyə görə biz oynamalı deyilik? Milliyə görə də oyunlar dayanmamalıdır. Dünyada necədirsə, biz də elə edək də... Nəyə görə özümüzdən velosiped icad etməliyik? Yavaş-yavaş öyrəşməliyik də... Biz istəyirik ki, bu işdə klubları dəstəkləyək. Amma yaxşılıq edəndə də pis oluruq, qaydalara görə edəndə də... Bununla bağlı PFL və ya AFFA hər zaman tənqid olunur. Klubun oyunu təxirə salınanda tənqid olunuruq. Təxirə salınmayanda isə klub çıxıb deyir: "Biz yorulmuşuq, futbolçularımız yorulub, nəyə görə oynamalıyıq?" Son 5-6 ildə hər şeyi gördük. Hər mövsüm klubların oyunları təxirə salınıb, milliyə görə çempionat dayanıb. Hər bir məsələdə hər zaman tənqid olunmuşuq. Ona görə də bu məsələdə kluba xeyirli olmasını istəyirik. Avroliqa oyunlarından öncə dincəlmək istəyirlərsə, şərait yaradırıq. 2 il öncə "Neftçi" də Avroliqanın qrupunda çıxış edəndə bu məsələyə müsbət yanaşmışdıq. Amma ümumilikdə fikrim belədir ki, heç bir təxirəsalma olmasın, çempionat dayanmasın, millimizin hazırlığı beynəlxalq tələblərə uyğun vaxtda başlasın. Təki hər şey Avropaya uyğun getsin.