1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Liverpul"un oyununda 31 qol
İngiltərə Liqa Kubokunun 3-cü mərhələsinin "Liverpul" - "Midlsboro" matçı dramatik mübarizəyə səhnə olub. Sportnet.az-ın məlumatına görə, oyunun əsas vaxtı 1:1 hesablı heç-heçə ilə nəticələnib.
Əlavə vaxtda "Liverpul" hesabda önə çıxsa da, "Midlsboro" 120+1-ci dəqiqədə penalti ilə bərabərliyi təmin edib. Qalib isə penaltilər seriyasında müəyyənləşib. Əvvəlcə penaltiləri meydan oyunçuları yerinə yetirib. Bu zaman hər komandanın 10 futbolçusundan yalnız biri büdrəyib. Ardından qapıçılar penalti nöqtəsini yaxınlaşaraq zərbəni dəqiq vurublar. Nəticədə hesab 10:10 olub. Bu dəfə "11-lik"dəki oyunçulardan bəziləri ikinci dəfə penalti vurublar. Məhz bu zaman "Luverpul"dan 4 oyunçu zərbəni dəqiq vursa da, "Midlsboro"dan bir oyunçu büdrəyib. Nəticədə "Liverpul" 16:15 hesabı ilə qalib gələrək, mərhələ adlayıb.
Qeyd edək ki, dünya futbolu tarixində ən çox penalti 2005-ci ildə Namibiya Kubokunda baş tutub. "Palas" - "Sivik" matçının əsas vaxtı 2:2 hesabı ilə nəticələnib. Penaltilər seriyasında isə tərəflər hərəyə 48 penalti vurublar. Penaltilərin çoxunun boşa getdiyi seriyada daha dəqiq olan "Palas" 17:16 hesabı ilə qalib gəlib.