
Ağırlıqqaldıranlarımıza kəsilən 500 min dollar dopinq cəriməsi ödənilib. Bu barədə Sportnet.az-a gənclər və idman naziri Azad Rəhimov məlumat verib.
Onun sözlərinə görə, hələ bəzi məsələlər açıq qalıb: "Bunlarla bağlı müzakirələr aparılır. İndiyədək bəzi suallarımıza cavab verilməyib. Nəyə görə idmançının dopinq-testdən keçə bilməməsi bir ildən sonra elan olunur? Bunlarla bağlı işlər yekunlaşandan sonra tam açıqlama veriləcək".
Nazir cəzası olmayan ağırlıqqaldıranlarımızın qarşıdakı dünya çempionatına qatılacaqlarını da bəyan edib.