İki gün davam edəcək turnir Rusiya prezidenti Vladimir Putinin şərəfinə təşkil olunub. Yığmamız Rusiya, Belarus və Qazaxıstanla eyni qrupa düşüb. Böyük Britaniyanın tərkibinə daxil olan İngiltərə, Uels, Şimali İrlandiya və Şotlandiya milliləri isə digər qrupda yer alırlar.
Baş məşqçi Yaqub Abdullayev ümümilikdə 10 samboçuya şans verəcək. Kişilərin yarışına İslam Qasımov (62 kq), Emil Həsənov (68 kq), Amil Qasımov (74 kq), Tural Hüseynov (82 kq), Murad Rəcəbli (90 kq), Nizami Məmmədov (100 kq), Tacir Quliyev (+100 kq), qadınların mübarizəsinə isə Gülsədaf Kərimova (64 kq) və Fəridə Qurbanova (80 kq) qatılacaq. Londona Azərbaycan Sambo Federasiyasinin prezidenti Ceyhun Məmmədov və beynəlxalaq dərəcəli hakimimiz Cabir İsmayilov da yollanıb.
Qeyd edək ki, komandalar arasında təşkil olunacaq Prezident Kubokunun çempionu və mükafatçıları kubok və medallarla təltif olunacaqlar.