Bakı "İnter"inin prezidenti Georgi Nikolovun Sportnet.az-a müsahibəsi
- Klubunuzun 10 illik yubileyini qeyd etdiniz. Növbəti 10 illik üçün hədəfləriniz nədən ibarət olacaq?
- Yaxşı sualdır. Adətən, belə hesab edilir ki, 10 illiklər yubiley kimi qeyd olunur. Növbəti 10 ilin sonunadək klub prezidentliyim həddən artıq olardı. O vaxtadək də klub rəhbəri olmasam, yubileydə adi qonaq qismində iştirak edəcəyəm.
- Doğrudanmı 20 il həddən artıqdır?
- (gülür) Klubu 20 il idarə etmək... Zəhmət olmasa, bunu mənə arzulayın.
- Yəqin ki, növbəti illərdə diqqətiniz daha çox avrokuboklarda uğurlu çıxışa yönələcək...
- Bu, həmişə arzumuz olub. Təkcə klub prezidenti və məşqçilər yox, sponsorlar, klubun sahibi də bunu istəyib. Məsələ belə qoyulub: Vətənində özünü yaxşı göstərirsənsə, xaricdə də bacarığını nümayiş etdir. Çox ümid edirəm ki, növbəti çıxışımız daha uğurlu olacaq.
- Nəyə görə "Xəzər Universiteti" komandasını tarixinizə qatmamısınız?
"Xəzər Universiteti" ilə bağlı tarixi xatırlayıram. Anlayıram ki, 10 illiyini qeyd etdiyimiz "İnter"ədək, tələbə klubu olsa da, "Xəzər Universiteti" kimi normal, 2 dəfə İntertoto Kubokunda çıxış etmiş komanda da fəaliyyət göstərib. Bu komanda öz səviyyəsini yaxşı mənada ortaya qoyub. Amma həyat belədir: İnkişaf etməli, öz uğurlarının sayını artırmalısan. Məhz bu səbəbdən "İnter" yaranıb. Klubumuz "Xəzər Universiteti"ni saxlayaraq, uğurlarına nə isə əlavə etmək istəyir. Yubileylə əlaqədar hazırladığımız bröşüranın ilk səhifəsində "Xəzər Universiteti" komandasının fotosu əksini tapıb. Özü də ağ-qara rəngdə.
- Klubunuzun böyüyür, bəs büdcəniz necə?
Büdcəmiz normaldır. Futbolda heç də hər şey futbolun başında fırlanmır. Əlbəttə, büdcə vacib, müəyyənedici məqamdır. Amma yalnız pullara söykənmək heç də həmişə uğurlu alınmır. Ən əsası, bu büdcəni yaxşı idarə etməkdir. Məhz buna görə üstünlüyümüz vəsaitləri lazımi qaydada idarə edir, bölüşdürürük. Büdcənin artırılması isə sponsorlardan asılıdır. Mən bunu təkbaşına edə bilmərəm. Yalnız təklif etməyim mümkündür. Qəbul edib-etməmək isə Direktor Şurasından asılıdır. Yəqin ki, qəbul edərlər.
- Hazırda çempionatın liderisiniz. Demək olarmı ki, komandanın qarşısına birmənalı çempionluq hədəfi qoyulub?
- Biz həmişə bu yolla getmişik. Birinci olmaq, mükafatçılar sırasına düşmək, avrokuboklarda yaxşı çıxış etmək hədəfimiz olub. Çempionat da, meydan da çox uzundur, çalışıb-vuruşmaq lazımdır. Ona görə də birmənalı çempion olacağımızı demək hələlik çətindir. Amma bu hədəf hər zaman qarşımızda durur.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |