
Bu gün futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb. Sportnet.az saytının məlumatına görə, mərasim Bakı vaxtı ilə saat 17:00-da İsveçrənin Nyon şəhərində başlanıb.
AFFA-nı püşkatmada Asim Xudiyev təmsil edib. Azərbaycan milli komandası
mübarizəyə əsas seçmə mərhələdən qoşulacaq. Püşk nəticəsində millimiz 4-cü qrupa düşüb. Rəqiblər əvvəlki mərhələdə Yunanıstan, Bolqarıstan, Danimarka, Cəbəllüttariqin yer aldığı A qrupunun qalibi, eləcə də Belçika və Ukraynadır. Bu mərhələnin oyunları 2015-ci il
martın 17-dən 22-dək keçiriləcək. Yığmamızın mübarizə
aparacağı qrupun oyunları Bakıda təşkil olunacaq.
Qeyd edək ki, futzal üzrə Avropa çempionatının final mərhələsi 2016-cı ilin 2 - 13 fevralında Serbiyanın paytaxtı Belqardda baş tutacaq.