Rusiyanın MOİK klubu UEFA-nın sərt cəzalarına məruz qalacaq. Sportnet.az-ın məlumatına görə, bu barədə klubun baş direktoru Roman Babayev açıqlama verib.
O bildirib ki, Çempionlar Liqasının ilk turunda İtaliya paytaxtındakı "Olimpiko" stadionunda "Roma" ilə oyun zamanı moskvalı fanatların yolverilməz hərəkətləri üzündən MOİK qrup mərhələsindəki bütün ev oyunlarını azarkeşsiz keçirə bilər. Hətta "hərbçilər"in Avropanın ən nüfuzlu klub turnirindən tam kənarlaşdırılması da mümkündür. Bu isə o deməkdir ki, ilkin hesablamalara əsasən, klub 5 milyon dollar ziyana düşəcək. Ən əsası, azarkeşlər Almaniyanın "Bavariya", İngiltərənin "Mançester Siti" və İtaliyanın "Roma klublarını əyani izləyə bilməyəcəklər.
Qeyd edək ki, MOİK-lə ev oyunu "Roma"nın böyük hesablı qələbəsi ilə yekunlaşıb - 5:1.