Topaz Premyer Liqasında 7-ci turun "Neftçi" - "Qarabağ" matçı qalmaqalla başlayıb. Sportnet.az-ın məlumatına görə, oyunun startı ərəfəsində eyni sektorlardakı iki komanda azarkeşləri arasında gedən söz atışması daha da böyüyüb.
Yerli fanatlar qonaqlara "Burada qışqırmayın" deyiblər. Nəticədə olaya "Neftçi" rəsmiləri müdaxilə edib. Onların müdaxiləsindən sonra ara sakitləşib.
Nə qədər qəribə də olsa, olayı telefonunun yaddaşına köçürmək istəyən Sportnet.az-ın əməkdaşı İlkin Sultanlı "günahkar" çıxıb. Polislər vəzifə borcunu yerinə yetirən əməkdaşımızın telefonunu əlindən alaraq, kadrları siliblər.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |