
O, artıq yeni komandası ilə ilk sınağından uğurla çıxıb. Superliqanın IV turunda "Gənclərbirliyi" evdə "Balıkesirspor"u 3:1 hesabı ilə məğlub edib.
Təyinatı ilə bağlı Sportnet.az-a danışan Şensoy Buzla hələ futbolçu qismində "Vanspor"da birgə çıxış etdiklərini xatırladıb. O, Ankara komandasına məhz keçmiş komanda yoldaşının dəvəti ilə gəldiyini bildirib: "Buzun PRO lisenziyası yokdur. Məndən xahiş etdi ki, ona zengin təcrübəmlə yardımçı olum. Birgə fəaliyyətimizin nəticəsi olaraq, "Balıkesirspor"a qalib gəldik".
Qeyd edək ki, 4 turdan sonra "Gənclərbirliyi" 7 xalla 3-cü pillədə qərarlaşıb.