
Elnur Məmmədov AFFA-nın infrastruktur üzrə direktoru vəzifəsini tərk edib. Bu barədə Sportnet.az-a qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu məlumat verib.
Onun sözlərinə görə, Məmmədovla əlaqə saxlamaq üçün bundan sonra AFFA-ya yox, "Neftçi"yə müraciət etmək lazımdır. Lakin AFFA rəsmisi flaqmana vitse-prezident təyin olunan sabiq əməkdaşlarının federasiyadakı işini nə zaman tərk etdiyini deməyib. Nərimanoğlu Məmmədovun bu gün klubda təqdimatının olacağını əlavə edib.
Qeyd edək ki, Elnur Məmmədov "Neftçi"nin vitse-prezidenti postunda Tahir Süleymanovu əvəzləyib. Onun "ağ-qaralar"a təyinatı barədə ilk xəbəri "rekord.az" yazıb.