
"Neftçi"nin yeni vitse-prezidenti Elnur Məmmədov ilk qərarını verib. Sportnet.az-ın məlumatına görə, Məmmədov jurnalistlərin suallarını mətbuat xidməti vasitəsilə cavablandırmağı üstün tutub.
Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə "Facebook" səhifəsində bununla bağlı status paylaşıb. O bildirib ki, sualları Məmmədovun özü cavablandıracaq. Cavablar isə klubun rəsmi saytında yerləşdiriləcək.