AFFA Hakimlər Komitəsinin sədri Xəqani Məmmədovun Sportnet.az-a müsahibəsi
- Premyer Liqanın ilk turlarında əlavə köməkçi hakimlərin xidmətindən istifadə olunurdu. Hazırda onlardan istifadə olunmur. Əlavə köməkçi hakimlər ləğv olunub və ya təyin olunmurlar?
- Yox, ləğv olunmayıb. Düzdür, bəzi KİV-lərdə əsassız şəkildə əlavə köməkçi hakimlərin ləğv olunduğu yazılıb, amma bu doğru xəbər deyil. Təyin olunmamaqlarının səbəbi isə, bəzi hakimlərin onlardan gözlənilənləri yerinə yetirə bilməsidir. Bu bir növ cəza tətbiqidir. Çünki, onların kömək tələb olunur, amma gözlərinin önündə olan hadisələr barəsində qərar verə bilmirlər. Düzdür, aralarında yaxşı əlavə köməkçi hakimlər də var. Lakin hazırda onların hamısının hazırlıq səviyyəsi bizi qane etmədiyi üçün təyinat almırlar oyunlara. Gələcək turlar bu proses bərpa olunacaq. Tezliklə Premyer Liqa oyunlarında da əlavə kömək hakimlər olacaq.
- Əlavə köməkçi hakimlərin təyin olunmamasına səbəb PFL-ə ayrılan vəsaitin azaldılması ilə bağlı deyil ?
- Xeyr. PFL-də maliyyə problemi yoxdur. Sadəcə olaraq problem işlərinə bir qədər məsuliyyətsiz yanaşmalarıdır. Konkret olaraq üzərlərində işləməlidirlər. Məsuliyyətsiz idilər və indi peşman olublar. Yenə təkrar edirəm, gözlərinin qarşısında olan hadisəyə reaksiya verər bilmirlər. Əgər qərarı düzgün verə bilmirlərsə, nə mənası var onlardan istifadə etməyin?
- Son turlarda Premyer Liqanın əsas oyunları gənc hakimlərə tapşırılır. Buna səbəb nədir ?
- Ümumiyyətlə, bu proses bizdə çoxdan gedir. 2009-cu ildən başlamışıq gənc hakimləri əsas oyunlara təyin eləməyə. Biz hər yarımil və ildə 1və ya 2 gənc hakimi Premyer Liqaya gətiririk. Bilirsiniz, hakimliyin səviyyəsi o vaxt düzələr ki, güclü rəqabət olsun. UEFA tələb edir ki, ölkə çempionatlarında neçə klub varsa, onlardan 2 və 4 nəfər çox hakim oyunları idarə etsin. Yəni Premyer Liqamızda 10 klub varsa, oyunları 12 və ya 14 hakim idarə etməlidir. Hazırda Premyer Liqanı idarə edən 11 hakimimiz var. Bu isə təlabatı ödəmir. Yaxın vaxtlarda daha 2 hakim Premyer Liqanın oyunlarına təyinat alacaq. Bunlarından biri İnqilab Məmmədovdur. Digər hakim isə yaxın günlərdə bəlli olacaq"
- Rəhim Həsənov və Fariz Yusifov son turlarda Premyer Liqa oyunlarına təyinat almırdırlar. Buna səbəb nə idi?
- Onlar cəzalı idilər.Buna görə də oyunlara təyinat almırdılar. Düzdür Rəhimin cəzası tez bitmişdi. Lakin o cəzası bitən vaxtı Bakıda yox idi, Serbiyada UEFA-nın turirində iştirak edirdi. Fariz də ki, hazırda "Bakı”- "Simurq” oyununu idarə edir. Hal-hazırda cəzalı hakimimiz yoxdur.
- Bu sual barəsində bir sıra mətbuat orqanına açıqlama vermisiniz, amma bir də biz soruşaq. Orxan Məmmədovun "Neftçi”nin qapısına təyin etdiyi penalti doğru idi?
- Orxan Məmmədovun "Neftçi”nin qapısına təyin etdiyi penalti haqqında heç bir KİV-ə açıqlama verməmişəm. İlk dəfədir ki, bu barədə sizə müsahibə verəcəm. Konkret epizoda gəldik də isə qərar səhv qərar idi. Düzdür hakim də insandı, səhv edə bilər. Dünən Çempionlar Liqasınında Ronaldo özünü atdı yerə, hakim penalti təyin etdi. Amma söhbət tək həmin epizoddan getmir, hakim ümumilikdə oyunda zəif iştirak elədi. Oyun göstərdi ki, Orxan daha böyük oyunlara hazır deyil.
- Orxan Məmmədova Hakimlər Komitəsi tərəfindən cəzalanacaq?
- Təbii ki, cəzalanacaq. Çünki idarəçiliyi zəif və səhvi böyük idi. Bizdə səhv edən hakim cəzadan qaça bilməz. Səhv edibsə, cəzalanmalıdır.
- Son zamanlar Tahir Süleymanovun sizin yerinizə Hakimlər Komitəsinin sədri təyin olunacağı deyilir...
- Bilirsiniz, artıq 6 ildir mənim yerimə o qədər adam gəlib dedib ki. Markus Merkdən tutmuş, Friqtsdən kimi. Kimlər gəlib-getməyib ki, mənim yerimə. Bu 6 ildir məni yola salıb qaytarırlar.
- Od olmayan yerdən tüstü çıxmaz deyiblər. Belə bir qərar verilsə, reaksiyanız necə olar ?
- Heç nə, heç kim və heç bir vəzifə əbədi deyil. Əlbəttə ki, ömrümün axıra kimi bu vəzifədə çalışan deyiləm. Bir gün mənim yerimə daha yaxşıları da gələcək. Ona görə də, belə bir qərar verilsə, normal qarşılayacağam.
İlkin SULTANLI
İlkin SULTANLI