O deyib: "Bertuççi demək olar, çemodanlarını hazırlamışdı. Mənim vaxtımda da belə söhbətlər ortaya gəlmişdi. Futbolçu effekt vermirsə, ürəkdən oynamırsa, onu komandada saxlamağa ehtiyac yoxdur. Özü ilə də bu barədə dəfələrlə söhbət etmişdik. Ona demişdik ki, qalmaq fikrin yoxdursa, müqaviləni ikitərəfli şəkildə pozaq, get. Bertuççinin ürəyi Braziliyada, cismi burda idi. Özü deyirdi ki, "Neftçi"də oynayacağam. Sədəcə, zədələri ona imkan vermədi".
Qeyd edək ki, Bruno Bertuççi ilə müqavilə qarşılıqlı razılıq əsasında pozulub.