Neftçi" klubu prezidentinin müşaviri Elnur Əşrəfoğlunun Sportnet.az-a müsahibəsi...
- "Neftçi"də nələr baş verir: Dəyişikliklər planlı şəkildə gedir?
- "Neftçi"də dəyişikliklər baş vermir. Baza Nobel prospekti, 64-də yerləşir, elə yerindəcə qalıb. Heç bir zəlzələ baş verməyib ki, yerdəyişmə ola (gülür). Baza yerindədirsə, insanlar da yerindədir. Yeni təyinatlar var. Bunun da nəyi pisdir ki?! Mən də bir ay əvvəl təyin olunmuşam müşavir vəzifəsinə. Əmrim sentybarın 1-də verilib. Mətbuatda gedən informasiyalar düzgün deyil, həqiqəti əks etdirmir. Özüm də jurnalistika mətbəxindən çıxmış adamam. Hazırda bu fəaliyyətimi müəyyən üsullarla davam etdirirəm. Hər zaman da qələmim əlimdə olacaq. Çünki sənətim budur. O baxımdan, jurnalist qardaş-bacılarımıza tövsiyəm budur ki, informasiyanı yayanda, mütləq dəqiqləşdirsinlər. "Neftçi" klubu hər bir mətbuat nümayəndələrinə açıqdır. Mən burda, Gündüz Abbaszadə burda. İstənilən vaxt zəng edib, məlumatı bizdən dəqiqləşdirə bilərlər.
- Hansı xəbəri deyirsiniz: Sadıq Sadıqovun övladlarının "Neftçi"nin bazasına buraxılmamasını, yoxsa Asif Əliyevin AFFA-nın I vitse-prezidenti Rauf Əliyevin oğlu və dolayısı ilə AFFA-nın adamı olmasını?
AFFA-nın adamı deyəndə başım çıxmır: bu qurum Azərbaycanın baş futbol təşkilatıdır da. Oradan hansısa bir nümayəndənin "Neftçi" klubuna gəlməsi niyə belə qarşılanmalıdır?! Təsəvvür edin ki, "La Gazetta Della Sport"da xəbər gedir ki, "Yuventus" klubuna yeni vitse-prezident təyin olunub. O, prezidentin övladlarını bazaya buraxmayıb. Belə informasiyanı ağlınıza gətirə bilərsiniz?!
- Hansı xəbəri deyirsiniz: Sadıq Sadıqovun övladlarının "Neftçi"nin bazasına buraxılmamasını, yoxsa Asif Əliyevin AFFA-nın I vitse-prezidenti Rauf Əliyevin oğlu və dolayısı ilə AFFA-nın adamı olmasını?
AFFA-nın adamı deyəndə başım çıxmır: bu qurum Azərbaycanın baş futbol təşkilatıdır da. Oradan hansısa bir nümayəndənin "Neftçi" klubuna gəlməsi niyə belə qarşılanmalıdır?! Təsəvvür edin ki, "La Gazetta Della Sport"da xəbər gedir ki, "Yuventus" klubuna yeni vitse-prezident təyin olunub. O, prezidentin övladlarını bazaya buraxmayıb. Belə informasiyanı ağlınıza gətirə bilərsiniz?!
- Təyinatlar bir az ardıcıl oldu deyə futbol ictimaiyyətində çaşqınlıq yarandı...
- Sadıq Sadıqov 2009-cu ilin dekabrında prezident təyin olunanda klubun vitse-prezident Tahir Süleymanov, icraçı direktor Mübariz Xudiyev idi. Sadıqov gəldikdən sonra onlarla birgə işlədi. Tahir Süleymanov da bura federasiya tərəfindən gələn kadr idi. Həmin vaxt da belə şeylər yazardılar da... Sadıq Sadıqov özü ilə birgə yeni vitse-prezident gətirmədi ki... Səmimiyyətimlə deyirəm ki, bu olanlar hamısı birbaşa Sadıqovun istəyi ilə olub.
- Tahir Süleymanovun ardınca Böyükağa Hacıyev getdi, Arif Əsədov gəldi. Daha sonra Elnur Məmmədov və Asif Əliyev gəldi. Demək istəyirsiniz bu ardıcıllıq planlı şəkildə həyata keçirildi?
- Tahir Süleymanov 5 il "Neftçi"nin vitse-prezident postunda çalışıb. Onun da "Neftçi" ailəsində qazandığı uğurlar göz özündədir. Bunu kimsə inkar edə bilməz. "Neftçi" üç dəfə çempion oldu, iki dəfə Azərbaycan kubokunu qazandı, Avropa Liqasının qrup mərhələsinə düşdü. Bunlar elə-belə nəticələr deyil. "Neftçi" ailəsi olaraq bu gün də mətbuatda Tahir Süleymanova təşəkkürümüzü bildiririk. Böyükağa Haciyev də bu uğurlarda əməyi olan əsas memarlardan biridir. Ona da minnətdarıq. Burada nə baş verir ki?! Bu gün komanda Arif Əsədovun rəhbərliyi altında yeni heyətlə formalaşır. Böyükağa Hacıyevin bir yaxşı sözü var: "Baş məşqçinin çamadanı yanında olmalıdır". Məsələn, Mourinyo "İnter"ə İtaliya çempionluğunu, Çempionlar Liqasını qazandırdı, "Real Madrid"də İspaniya kubokunu qazandı. Sonra gəldi "Çelsi"yə. İndi bu o deməkdir ki, niyə Mourinyo ordan-ora getdi?! Bu gün burda çalışan adam sabah başqa yerdə işləyə bilər. Elnur Əşrəfoğlu da 3 il əvvəl "Neftçi" futbol klubunda çalışırdı, 3 il sonra da bura qayıtdı. Joze Mourinyo da 4 il əvvəl "Çelsi"də çalışırdı, yenidən qayıtdı. Burada qəbahət bir iş yoxdur. Bu futboldur. Heç nə daimi deyil. "Neftçi" klubunda sovetlər dönəmindən bəri elə isimlər çalışıb ki... Məsələn, tanınmış şərhçi Çingiz İsmayılovu götürək. Bu gün bu insanlar çalışır, iki il sonra başqaları işləyə bilər.
- Mətbuatda iddia olunur ki, Elnur Əşrəfoğlu yenidən "Neftçi"də İctimaiyyətlə Əlaqələr Departamentinə rəhbərlik edəcək, artıq Gündüz Abbaszadəni sıxışdırır. Bu, nə dərəcədə doğrudur?
- Bu gün klub prezidentinin müşaviri postu mətbuat katibi vəzifəsindən üstündür. Mənim tutduğum post üstün gedir (gülür). Necə ola bilər ki, mən burdan ora gedim? Necə ola bilər bu? Gülünc görsənir. Gündüzlə münasibətimiz var. Bu, indiki münasibət deyil. O, jurnalistikada ilk addımlarını atanda mən AzTV-də "Səhər" proqramında idim. Səhv etmirəmsə, Gündüz də BDU-nun jurnalistika fakultəsində təhsil alırdı. Tələbələr praktika üçün televiziyalara, qəzetlərə gəlirdilər. Gündüz də o vaxt gəlmişdi televiziyaya. Birgə idman haqda müzakirələr aparırdıq. İkimiz də "Fənərbağça" azarkeşiyik. Bir az orada da fikirlərimiz üst-üstə düşdü. Onun idman jurnalisti kimi formalaşmasında mənim əməyim oldu. Gündüz özü də inkar etmir. Soruşsanız, yəqin özü də deyər. Mən ondan bir neçə il öncə televiziyaya gəlmişdim, yaş həddi ilə ondan daha təcrübəliyəm. Gündüz Abbaszadə Azərbaycanda adı-sanı olan idman jurnalistlərindən biridir. Ona görə, təcrübəsindən burada yararlanmaq lazımdır. Hamısı boş söhbətlərdir. Həftədə iki dəfə bir yerdə futbol da oynayırıq. Ailədən çox, işdəkiləri görürük.
- Müşavir vəzifəsində sizin işləriniz nədən ibarətdir?
- "Neftçi" elə klubdur ki, burada vəzifə söhbəti yoxdur, ailə olaraq müzakirələr olunur. Hər gün vitse-prezidentin otağında hansısa mövzünü müzakirə edirik, hər kəsin fikirləri dinlənilir. Yekun çıxarılır klub prezidentinə. O da qərarını verdikdən sonra həmin məsələni istehsalata buraxırıq. Hansı iş mənə tapşırırılırsa, layiqincə görməyə çalışıram.
- Deyirsiniz ki, "Neftçi"də vəzifə söhbəti yoxdur. Bəs bu, mətbuatda başqa cür anlaşılmayacaq?
- Uşaq futboluna baxan koordinator var, məşqçi var və s. Ancaq sabah uşaq futbolunda mənim ideyam varsa, onu deyirəm, müzakirə edirik. Biz burda dostuq, qardaşıq, "Neftçi" ailəsiyik. Fikrim yaxşıdırsa, yerinə yetiririk. Bu cür demək istədim. Deyim ki, mən bu işlə məşğulam, elə bir şey yoxdur. Mən mətbuatdan çıxan bir adam kimi, mətbuatda hər hansı bir axsaqlıq varsa, deyirəm, onu yoluna qoyuruq. Yəni, hər bir sahə üzrə işimizi görürük. Problemlər yoxdur. Klub prezidenti hansı işi həvalə edirsə, canla-başla etməyə hazırıq. Bu cür yazılsa, daha yaxşı olar.
- Elnur Məmmədovun təyinatına münasibətiniz...
- Elnur Məmmədov Sadıq Sadıqovunun istəyi ilə bu vəzifəyə təyin olunub. Bu da əbəs yerə deyil. O, AFFA-da fəaliyyət göstərirdi. "Neftçi"nin Avroliqa oyunlarında da birlikdə olublar, "Bakcell Arena"da oyunları izləyiblər. Yaxın münasibətləri olub. Gəncdir, futbol seminarlarını bitirən, təcrübəsi olan şəxsdir. Bu təcrübədən yararlanmaq üçün Sadıq Sadıqov onu "Neftçi"yə dəvət etdi. O da oldu "Neftçi" ailəsinin üzvü. "Su girdi qaba, oldu içməli".
- Demək istəyirsiniz ki, onun təyinatında Elxan Məmmədovun rolu yoxdur?
- Əstəğfurullah, Elxan Məmmədov kimdir ki?! O, AFFA-nın baş katibidir.
- Ancaq Elnur Məmmədovu AFFA-ya Elxan Məmmədov gətirmişdi...
- Elxan Məmmədov AFFA-da olan şəxsdir. Təsəvvür edin, sabah Elnur Əşrəfoğlu gedib AFFA-da hər hansı posta işləsə, deyəcəksiniz ki, Sadıq Sadıqovun adamı getdi AFFA-ya, Elxan Məmmədova qalib gəldi?! Sadıq Sadıqov da, Elxan Məmmədov da futbolumuzun rəhbəri Rövnəq Abdullayevə qulluq edən adamlardır. Bunu bir az kəskin dedim. Ancaq həqiqətdə belədir də... Burada hansısa qruplaşmalardan danışmaq düzgün deyil.
- Elnur Məmmədovu AFFA-ya Elxan Məmmədov gətirib, əksər işlərini də tapşırıb ona. Elnur Məmmədov və ardından Rauf Əliyevin oğlu Asif Əliyev "Nefçi"yə gəldi...
- Yenə deyirəm, hər iki təyinat Sadıq Sadıqovun istəyi ilə olub. Bunu klub rəsmisi kimi tam əminliklə deyirəm. O vaxt Sadıq Sadıqov bu kluba gələndə burada çalışanlar öz işlərini davam etdirdilər. Elxan Məmmədov da AFFA-ya baş katib gedəndə orada işləyənlər hələ də öz vəzifələrindədilər. İndi biz deyək ki, həmin adamlar köhnələrə qulluq edirlər və yaxud başqa qruplaşmadır?! Belə şeylər danışmaq absurddur.
Elvin ƏHƏD