1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
10-dan SİTAT
Sportnet.az ötən 7 gün ərzində dərc olunmuş açıqlamalardan ən maraqlı sitatları təqdim edir...
Böyükağa Hacıyev (Mütəxəssis): "Berti Foqts 7 ildə hələ bir düz-əməlli heyət formalaşdıra bilməyib. Onun heç ilk "11-lik”də oynayacaq futbolçuları konkret bilinmir kimlərdir. Ancaq Böyükağa Hacıyevin son 3 ildə verdiyi nəticələrə baxın. Sadəcə, fərq ondadır ki, mənim soyadım Hacıyevdir, azərbaycanlıyam, Foqts əcnəbidir. Gərək, olardım xarici soyadda əcnəbi vətəndaş. Onda deyərdilər ki, vallah, bundan yoxdur.
Biz dəstəklədik, dəstəkləmədik, xeyiri nədir? Kimlərinsə istəyi ilə AFFA Foqtsu göndərən deyil. Onun tsiklin axırına kimi federasiya ilə müqaviləsi var, özü də Avropasayağı müqavilədir. Ona görə də Foqts rahatcana oturub yerində. Biz belə bir addım ataraq özümüzə niyə əziyyət verək? Hər halda AFFA-da oturanlar savadlı insanalardır. Onlar bilirlər nə edirlər. Fikrimcə, Foqts Azərbaycandan getməyincə, ona "get" deyən olmayacaq. Gəlin, bunun buraxaq Foqtsun öz vicdanının səsinə.
Mən Elxan Məmmədovun nə fikirləşdiyini deyə bilmərəm. Bunu onun özündən soruşun. Ancaq bu komanda nə Böyükağa Hacıyevindir, nə Elxan Məmmədovun, nə Sadıq Sadıqovun, nə də Tahir Süleymanovun. "Neftçi” xalqın komandasıdır”.
Fərhad Vəliyev ("Qarabağ”ın qapıçısı): "Onu (Reynaldo) hər gün məşqdə, oyunda mən görürəm. Ola bilər hansısa oyunda epizodu qaçırtsın. Ola bilməz ki, o, komanda yoldaşını görsün, ama ötürmə verməsin. Bu söz-söhbətin çıxması düzgün deyil. İnşallah, getdikcə düzələcək. O, bizim üçün dəyərli oyunçudur. Özü də oyuna, məşqinə peşəkar yanaşır”.
Berti Foqts (Millinin baş məşqçisi): "Çox şadam ki, bizim orda (Frankfurt) hazırlıq keçmək imkanımız oldu. Bundan qabaq mən "Qarabağ”ın "İnter”lə oyununa baxmışdım. Onu deyə bilərəm ki, "Qarabağ”ın oyunçuları tam yüksək səviyyədə deyil. Başa düşmürəm ki, Avroliqada oynayan komandanın çempionatda oyunu niyə görə təxirə salınmalıdır? Biz 4 gün sonra Xorvatiyaya qarşı oynamalıyıq".
Füzuli Cavadov (Vaqif Cavadovun atası): "Berti Foqtsun Vaqif Cavadov və Mahir Şükürov barədə dedikləri ilə razı deyiləm. Mahiri bilmirəm, Vaqifi məhz Özbəkistanla oyundan sonra yığmaya dəvət olunan legionerlərlə bağlı açıqlamasına görə şağırmayıblar. O deyib ki, Almaniyanın aşağı liqalarından cəlb olunan futbolçulardansa, Reynaldonu milliləşdirsinlər.
Məgər yığmaya dəvət alan Elnur Allahverdiyev, Rəşad Sadıqov və digərləri gəncdir? Onların ən azı 30 yaşı var. 2020-ci il Avropa çempionatında Foqts bu futbolçuların xidmətindən yararlanacaq? Deyir ki, "Qarabağ"ın futbolçuları fiziki cəhətdən zəifdirlər. Axı niyə Qurban Qurbanovu baltalayır? Belə bəhanələr gətirməsin. Həm də baş məşqçi öz oyunçusundan küsməməlidir.
Rəhmətlik Ələkbər Məmmədov kimi görürdüsə, "Milan"a "San Siro"da 4 qol vurduğunu deyirdi. İndi də Foqts hansısa futbolçuya qarşı oynaması ilə qürurlanır. Baş məşqçisənsə, keçmişdə özünlə bağlı olanları yaddan çıxarmalı, yalnız öz komandanın oyununu düşünməlisən. Özünü tərifləyib gəzəndən güclü baş məşqçi çıxmaz.
Millidə kim öz sözünü deyirsə, onu heyətdən kənarlaşdırırlar. Amma təriflər yağdıranlara daim yer var".
Elnur Əşrəfoğlu ("Neftçi" klubu prezidentinin müşaviri): "Bu gün klub prezidentinin müşaviri postu mətbuat katibi vəzifəsindən üstündür. Mənim tutduğum post üstün gedir (gülür). Necə ola bilər ki, mən burdan ora gedim? Necə ola bilər bu? Gülünc görsənir.
Əstəğfurullah, Elxan Məmmədov kimdir ki?! O, AFFA-nın baş katibidir. Elxan Məmmədov AFFA-da olan şəxsdir. Təsəvvür edin, sabah Elnur Əşrəfoğlu gedib AFFA-da hər hansı posta işləsə, deyəcəksiniz ki, Sadıq Sadıqovun adamı getdi AFFA-ya, Elxan Məmmədova qalib gəldi?! Sadıq Sadıqov da, Elxan Məmmədov da futbolumuzun rəhbəri Rövnəq Abdullayevə qulluq edən adamlardır. Bunu bir az kəskin dedim. Ancaq həqiqətdə belədir də... Burada hansısa qruplaşmalardan danışmaq düzgün deyil".
Cəmşid Məhərrəmov ("Bakı”nın futbolçusu): "Sizə bir söz deyim, ola bilər ki, burda 1 milyonluq futbolçu oynasın. Nə qədər bahalı olur-olsun, amma məncə, onlar gənclərdən çox can yandıra bilməzlər komandaya. "Bakı”da hər qiymətdə futbolçu çıxış edib, istər maddi cəhətdən bahalı, istər səviyyə baxımından yüksək səviyyəli fubolçular olub komandada. Ancaq hesab edirəm ki, vacib olan oyunçunun qiyməti, səviyyəsi yox, göstərdiyi nəticədir. Yaxşı futbol oynamaq, nəticə vermək üçün adlar rol oynamır, məncə. İndiki futbolçularla da nəticə qazana bilərik. Son iki oyundakı çıxışımız da gələcəyə inam yaradır. Deyərdim ki, komandada olan bütün futbolçular uğurlu çıxış etmək üçün canlarını qoyurlar.
Komandaya gəldiyim bir ay olar, maddiyyat sarıdan problem hiss eləmirəm. Rəhbərimizin bir əli üstümüzdədir. Düzdür, əvvəlki kimi deyil, bəzi çətinliklər var. Onu da inşallah, tezliklə həll edəcəklər”
Antonio Konte (İtaliya millisinin baş məşqçisi): "Azərbaycan bizim qapımıza 1 zərbə belə endirməyi bacarmadı. Rəqib təsadüfdən qola sevindi. Azərbaycan millisinin qapısı önündə bir neçə qol vəziyyətlərindən yararlana bilmədik. Azərbaycan Pelermoya müdafiədə "oturmağa” gəlmişdi. Rəqibin qol ümidi isə standard vəziyyətlər idi. Bu istəklərinə də çatdılar”.
Sadıq Sadıqov ("Neftçi"nin prezidenti): "Bütün səlahiyyətlərimi vermişəm Elnura. Mənim dilim də, sözüm də Əşrəfoğludur".
Corco Kyellini (İtaliya millisinin futbolçusu): "Bu gün hər şeyi özüm etdim. Amma əsas məsələ qalib gəlmək idi. Evə uğurlu nəticə ilə qayıtmamaq biabırçılıq olardı. Çünki biz heç vaxt indiki kimi olmamışıq. Üstəlik, bizi xüsusi qarşılayan Palermo buna layiq deyildi.
Mən topa tərəf qaçırdım. Qapıçımız Canluici Buffondan tez çatdım. Nəticədə top mənə dəydi və tora daxil olarkən əlimə də toxundu".
Fazil Mustafa (Millət vəkili): "Bu kürd əsilli futbolçu sabah Türkiyə əleyhinə PKK-nın aksiyalarına da qatılsa, o zaman nə baş verəcək? Burada mənim kiminsə milli təəssübkeşliyinə qarışmaq niyyətim yoxdur. Ancaq Azərbaycan bayrağı ilə çıxış edən hər kəsin dosyesi ciddi araşdırılmalıdır.
Sovet dövründə "Ararat"ın heyəti yüzdə 99 ermənilərdən, "Dinamo" Tbilisinin heyəti yüzdə yüz gürcülərdən ibarətdir, "Neftçi"də isə, Azərbaycan soyadı görəndə sevinirdin".