
"Futbolçularımız baş məşqçinin tapşırıqlarını yerinə yetirdilər. Bacardığımızı etdik". Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin qapıçısı Kamran Ağayev "Qarabağ"la Topaz Premyer Liqasının VIII tur matçından sonra deyib.
Təcrübəli qapıçı 0:2 hesabı ilə uduzduqları oyunun ilk yarısında penaltinin verilməməsini matçın qırılma anı kimi dəyərləndirib: "Oyunun videosuna baxmamışam. Penalti epizodu barədə heç nə deyə bilmərəm. Məncə, qırılma anı ilk yarıdakı penalti epizodu oldu. Penalti verilsəydi, müdafiəçiyə qırmızı vərəqə verilsəydi, nəticə başqa cür olardı".