"Qəbələ"nin futbolçusu Volodimir Levin azərbaycanlı hakimlərdən biri barədə maraqlı əhvalat danışıb. Sportnet.az-ın məlumatına görə, Levin "football.ua"ya müsahibəsində adını çəkmədiyi referinin komandalardan birinə böyük simpatiya bəslədiyini açıqlayıb.
O deyib: "Bir hakim var idi. O, komandalardan birinə güclü simpatiya bəsləyir, qalanlarını bir qapıya qovurdu. Tədbirlərin birində həmin referidən futbolçular soruşurlar ki, niyə belə edirsən, bizi öldürürsən? İmkan ver futbol oynayaq. Referi isə buna qısa və aydın cavab verir: "Mən varlılara kömək edirəm, kasıblara isə Allah kömək edəcək".
Levin bildirib ki, 10 ildir çıxış etdiyi Azərbaycanda xeyli əhvalatlar olub. Amma bunlar mətbuat üçün deyil.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |