Avropa Liqasının qrup mərhələsində "Dnepr"i Ukraynada 1:0 hesabı ilə məğlub edərək ikinci pilləyə yüksələn "Qarabağ" dünyanın ən məşhur idman telekanallarından olan ESPN-in də maraq dairəsinə düşüb. Sportnet.az-ın məlumatına görə, telekanalın rəsmi saytında "Qarabağ" klubu haqda geniş məqalə dərc edib.
Yazıda klubun tarixi ilə yanaşı, Dağlıq Qarabağdakı müharibədən də bəhs olunub. Bildirilib ki, müharibə nəticəsində 20 min insan ölüb və bu savaş Azərbaycan tarixində həmişəlik iz buraxıb: "Ağdam işğal olunub və döyüşlərdə tam məhv edilib. Qədim "İmarət" stadionu bombardmandan sonra dağıdılıb və erməni silahlı qüvvələrinin əlinə keçib. Bütün əhali müxtəlif regionlara miqrasiya etməli olub. Hazırda isə Ağdam əhalisiz ruhlar şəhərini xatırladır. Burada yalnız tarixin bir hissəsi - Böyük məscidin qalıqları durur".

ESPN 1993-cu ildə "Qarabağ" fəaliyyətini bərpa edərək Dağlıq Qarabağın mübarizə və mədəniyyət simvoluna çevrilməsini, futbolun sadəcə oyun olmamasının göstəricisi kimi qeyd edib.
Yazıda "Qarabağ"ın yaşadığı faciələrdən biri kimi isə klubun baş məşqçisi Allahverdi Bağırovun döyüşlərdə iştirak etmək üçün istefa verməsi və şəhid olması göstərilib.