Ardıcıl məğlubiyyətlərdən təngə gələrək heyətində ciddi islahatlar aparan "Araz Naxçıvan”da sevindirici bir hadisə də olub. Sportnet.az-ın məlumatına görə, komadanın bir müddətdir xəstəlikdən əziyyət çəkən müdafiəçisi Aqil Nəbiyev artıq sağalıb.
Yığma
komadamızın sabiq üzvü qripə yoluxduğu üçün "Simurq”la səfər qarşılaşmasını
buraxmalı olmuşdu. Lakin artıq Nəbiyevin səhhəti ilə bağlı problemi qalmayıb və o,
kollektiv məşqlərə qoşulub. Bu isə o deməkdir ki, təcrübəli müdafiəçi oktyabrın 29-da
X tur çərçivəsində "Qəbələ” ilə oyunda iştirak edə biləcək.