
Azərbaycanın milli komandasının məşqçilər heyəti Topaz Premyer Liqasının X tur qarşılaşmalarını izləyəcək. Sportnet.az-ın məlumatına görə, baş məşqçisi vəzifəsini icra edən Mahmud Qurbanov oktyabrın 29-da Topaz "Sumqayıt” – "Xəzər Lənkəran” matçına baxacaq.
Millinin məşqçisi Aslan Kərimov isə "İnter” – "Qarabağ” oyununda olacaq.