"Bura qələbə üçün gəlmişdik. Bizi yalnız 3 xal qane edirdi. Şükürlər olsun ki, qalib gələ bildik". Bunu Sportnet.az-a açıqlamasında "Xəzər Lənkəran"ın kapitanı Rahid Əmirquliyev deyib.
Əmirquliyev bildirib ki, cəmi 3 gün öncə "Qarabağ"la Tofiq Bəhramov adına Respublika stadionunun təbii örtüklü meydanında oynadıqdan sonra süni örtükdə çıxış etmək komandası və özü üçün üçün çətin olub. Əvvəlki qarşılaşmalarda yaxşı çıxış etdikləri halda, qalib gələ bilmədiklərini deyən təcrübəli yarımmüdafiəçi "Amma bu gün pis oynadığımız halda 3 xal qazandıq".
Kapitan növbəti turdan sonra Azərbaycan millisinin oyunu ilə əlaqədar yaranacaq 18 günlük fasilənin "Xəzər Lənkəran"ın işinə yarayacağına inam ifadə edib. Əmirquliyev iddialı rəqiblərlə oyunda xal itirmələrinə də münasibət bildirib: "İddialılardan səfərdə "Neftçi" və "Qarabağ"a uduzmuşuq, "İnter"i isə evdə yenmişik. "Sumqayıt"a da evdə uduzmuşduq. Demək istəyirəm ki, çempionatda zəif komanda qalmayıb. Demək olar ki, hamısı eyni səviyyədədir. Amma hər oyun qələbə alınmır. Yaxşı oynayıb uduza, pis oynayıb uda bilərsən. Çalışırıq ki, səhvləri aradan qaldıraq və oyunumuzda sabitlik əmələ gəlsin".
Qeyd edək ki, "Xəzər Lənkəran" "Sumqayıt"ı səfərdə 2:1 hesabı ilə məğlub edib.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |