Avropa Liqasının qrup mərhələsində təmsilçimiz "Qarabağ”ın rəqibi Ukrayna "Dnepr" daha bir
futbolçusu ilə müqaviləni yeniləyib. Sportnet.az-ın məlumatına görı, xorvatiyalı yarımmüdafiəçi İvan Striniç də
müqaviləsini uzatmağa razılaşıb.
Yeni anlaşmanın müddəti məlum olmasa da, 27 yaşlı yarımmüdafiəçinin gələn yay
komandanı tərk etməyəcəyi dəqiqdir. Daha öncə Striniçin agenti Tonçi Martiç İtaliya
"Milan"ından ona təklif gəldiyini açıqlayıb. Xorvatiya yığmasının
oyunçusu ötən yay İngiltərə "Vest Hem"inə keçməyə yaxın olsa da, anlaşma
son anda pozulub.
Qeyd edək ki, İvan Striniç "Qarabağ"la matçın ilk yarısını meydanda
keçirib.