Bu gün Sumqayıt şəhər stadionunda "Sumqayıt" və "Qəbələ" komandaları arasında yoxlama matçı keçirilib. Oyunda xoşagəlməz hadisə yaşanıb.
Görüşün 40-cı dəqiqəsində
"Qəbələ"nin nigeriyalı futbolçusu Ehiosun Ekiqo sumqayıtlı
azarkeşlərin irqçi şüarlarına məruz qalıb.
Bir qrup azarkeş qara dərili futbolçunun ünvanına "Ebola,
Ebola", "Negr" şüarları səsləndiriblər. 24 yaşlı
futbolçu buna etiraz olaraq formasını çıxardaraq meydançanı tərk etməyə cəhd
göstərib. Bu zaman hakim ona sarı vərəqə göstərib.
Bu səbəbdən oyun 3-4 dəqiqə dayanıb. Lakin "Sumqayıt" klubunun futbolçularının, eləcə də azarkeşlərin üzrxahlığından sonra Ekiqo meydançaya qayıdaraq oyunu davam etdirib. (Qol.az)