Milli komandaların
toplanışı ilə bağlı ölkə çempionatında yaranan fasilə müddətində "Xəzər
Lənkəran” hazırlıq planının ikinci mərhələsinə start verir. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, ”Xəzər Lənkəran”
ilk mərhələdə bir həftəlik toplanışı AZAL klubu ilə keçirilən yoxlama
matçı ilə yekunlaşdırmışdı ki, bir gün verilən istirahətdən sonra komanda
yenidən bir araya gəlir.
Yenidən paytaxtda toplaşacaq komanda artıq bu gündən XII turun hazırlığına başlayacaq. Saat 15.30-da "Dalğa Arena”da məşqə çıxacaq Lənkəran təmsilçisi "İnter”lə oyunun hazırlığını sona qədər adıçəkilən arenada davam etdirəcək. Bu arada zədəli futbolçuların müalicəsi xüsusi prosedur üzrə davam etdirilir. Adrian Skarlatake və Ağabala Ramazanovun qarşıdakı matçı buraxacağı dəqiq olsa da, Alfred Sanko və Cahangir Həsənzadə "İnter” matçında komandamıza kömək edə biləcək.