Dünən
Budaq Nəsirovla müqavilə imzalayan "Sumqayıt" klubu daha bir futbolçu ilə güclənib. Sportnet.az-ın klubun rəsmi saytına istinadən
məlumatına görə, komanda "Xəzər Lənkəran"dan ayrılan yarımmüdafiəçi Uğur
Pamuku heyətinə qatıb.
25 yaşlı futbolçu doğma klubu ilə 1,5 illik müqavilə imzalayıb: "Sumqayıt" mənim doğma
klubumdur. Mən yenidən evimə qayıtdım.
"Sumqayıt"da uğur qazanıb yenidən milli komandaya yüksəlmək
istəyirəm. Bir müddətdirki yaşıl meydanlardan uzağam. İnşallah tez bir zamanda
formamı bərpa edib komandama kömək edərəm".
Qeyd edək ki, Uğur 2012/2013 mövsümündə "Sumqayıt" FK-da 14 qarşılaşmada meydana çıxıb (1194 dəqiqə) və 1 qol vurub. Daha sonra 203/2014 mövsümünün ikinci yarısında yenidən komandaya qoşulan adıçəkilən futbolçu bu dəfə 13 qarşılaşmada 1061 dəqiqə oynayıb və rəqib qapılarından 2 top keçirib.