Bu
gün Premyer Liqanın XII turu çərçivəsində "İnter” "Xəzər Lənkəran”ı qəbul edir.
Sportnet.az-ın məlumatına görə, stadionda cənub təmsilçisinin azarkeşləri
üstünlük təşkil edir.
Artıq
9-cu dəqiqədə "Xəzər Lənkəran”ın məğlub duruma düşməsi azarkeşləri özündən
çıxarıb. Belə ki, birinci və 3-cü qollardan sonra fanatlar komandanın baş
məşqçisi Oğuz Çətini istefaya səsləyiblər.
Oyun zamanı cənublu fanatlar "İnter”in qapıçısının ünvanına təhqiramiz ifadələr işlədiblər. Səlahət Ağayev topu oyuna gec daxil etdiyi üçün azarkeşlər onun adını çəkərək təhqiredici sözlər söyləyiblər.