Premyer Liqanın XII turu "Neftçi” üçün uğursuz alındı. Sportnet.az-ın məlumatına görə, komanda
səfərdə "Simurq”a 0-1 hesabı ilə məğlub olub.
Komandanın baş məşqçisi Arif Əsədov
oyundan sonra fikirlərini bölüşüb: "Hiss olunur ki, fasilədən
sonra komandada müəyyən problemlər var. Bu oyunu tez bir zamanda unudub növbətigörüşlərəhazırlaşmalıyıq.
Bu oyuna qədər ilk pillədə idik. Bilirdik ki, "Simurq” bizə qarşı ikiqat güclə
oynacaq. Bizim qapımıza ardıcıl oyunlarda penaltilər verilir. Bu gün iki
penalti verildi. Az qalmışdı ki, hakim özü də penalti vursun. Əlavə edim ki,
"Simurq”un qapanacağını bilirdik. Qol buraxdıqdan sonra
futbolçularımdagərginlik yarandı. Bu da nəticəyə təsir etdi”.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |