Topaz Premyer Liqasının XII turunda keçirilən AZAL – "Qəbələ”
qarşılaşması məhsuldarlığı ilə diqqət çəkib
– 3:3. Sportnet.-azın məlumatına görə, 3 və daha artıq qol
vuran komandaların heç-heçə etməsinə isə cari mövsümdə ilk dəfə təsadüf
olunub.
Azərbaycan çempionatları tarixində 11-ci dəfədir ki, 6 və daha çox qolun
vurulduğu matç heç-heçə nəticələnir. Belə ki, bunadək 10 dəfə belə hal yaşanıb.Mütləq
rekord isə 1998/99 mövsümündə "Viləş” (Masallı) – "Turan” (Tovuz)
qarşılaşmasına məxsusdur - 6:6. Bir dəfə 4:4, doqquz dəfə isə 3:3 hesabı
yaşanıb.
Maraqlıdır ki, sonuncu belə hadisə də məhz AZAL-ın iştirakı ilə baş
tutub. 5
il öncə "Olimpik-Şüvəlan” adını daşıyan bakılılar "Turan”la ev oyununda 3 qol
vurub, 1 xal qazanıb.
21.05.1995 |
"Bakı fəhləsi" (Maştağa) - "İnşaatçı" (Bakı) |
3:3 |
01.06.1992 |
"Kürmük" (Qax) - "Kəpəz" (Gəncə) |
4:4 |
26.02.1995 |
"Xəzər" (Sumqayıt) - "Pambıqçı" (Neftçala) |
3:3 |
02.08.1995 |
"Turan" (Tovuz) - "Kəpəz" (Gəncə) |
3:3 |
25.04.1999 |
"Viləş" (Masallı) - "Turan" (Tovuz) |
6:6 |
14.05.2000 |
"Turan" (Tovuz) - "Şəmkir" |
3:3 |
02.08.2003 |
"Bakılı" - "Dinamo" (Bakı) |
3:3 |
28.04.2007 |
"Karvan" (Yevlax) - "Gilan" (Qəbələ) |
3:3 |
20.04.2008 |
"Bakı" - "Karvan" (Yevlax) |
3:3 |
27.09.2009 |
"Olimpik-Şüvəlan" (Bakı) - "Turan" (Tovuz) |
3:3 |
20.11.2014 |
AZAL – "Qəbələ" |
3:3 |