
Azərbaycan
milli komandasının baş məşqçi vəzifəsinə namizədlərdən biri olan Robert
Prosineçki bu gün "Xəzər Lənkəran” – "Neftçi” matçını izləyəcək. Sportnet.az-ın məlumatına görə, mütəxəssis
Topaz Premyer Liqasının XIII turu çərçivəsində "Dalğa Arena”da keçiriləcək qarşılaşmanı
stadiondan canlı izləyəcək.
O, ölkəmizin futbol təsərrüfatı ilə tanış olduqdan sonra AFFA rəhbərliyi ilə
danışıqların növbəti mərhələsinə başlayacaq.
Qeyd edək ki, "Xəzər Lənkəran” – "Neftçi” matçı saat 17:00-da start götürəcək.