""Fiziki cəhətdən özümü bir qədər yaxşı hiss etmirdim. Futboda
olan şeydi, bəzən elə olur ki, yaxşı oynayırsan, bəzən
isə pis”.Sportnet.az-ın məlumatına görə, bunu "Simurq"
ilə Premyer Liqa matçından sonra jurnalistlərə açıqlamasında "Qəbələ”nin futbolçusu Markinyoşdeyib.
Futbolçu qarşıdakı
oyunlarda daha yaxşı çıxış edəcəklərini bildirib: "Bu
mövsüm ən yaxşı nəticələri qazanmağa çaışacağıq. Əsas odur
ki, yaxşı məşq edək. Çempionatı qazanmaq üçün başımızı aşağı salıb öz işimizə
baxmalıyıq. Əlbəttə, AZAL-la oyunda da, bu oyunda da xal itirdik. Əlimizdən gələni qarşıdakı
oyunlarda
göstərəcəyik. Azərbaycan çempionatı güclü çempionatdır, bəzi komandalarda
səviyyəli oyunçular da var. Biz öz komandamıza konsentrasiya olmalıyıq, öz
işimizə baxmalıyıq. Bizim çempion olmaq üçün potensialımız var".
Qeyd edək ki, "Qəbələ” – "Simurq” matçı qonaqların qələbəsi ilə başa çatıb – 2:3.