
Topaz Premyer Liqasının XIII turunda "Sumqayıt” "Bakı” ilə
üz-üzə gəlib. Sportnet.az-ın məlumatına görə, Sumqayıt təmsilçisi matçdan 1
xalla ayrılıb.
Son dəqiqələrdə
məğlubiyyətdən xilas olan "Sumqayıt” klubunun baş məşqçisi Aqil Məmmədov oyun
haqda fikirlərini bildirib: "İlk dəqiqədə qol
buraxmağımız bizə pis təsir etdi. Amma ümumilikdə götürsək, "Bakı”dan
üstün oynadıq. "Bakı”nın demək olar ki, şansı olmadı. Biz isə yaratdığımız
imkanları dəyərləndirə bilmədik. Əgər bərabərlik qolunu bir qədər tez vura
bilsəydik, davamı gələcəkdi”.
Qeyd edək ki, "Sumqayıt" - "Bakı" matçı heç-heçə başa çatıb - 1:1.