"İlk yarıdan razı qaldım. Amma ikinci hissədən yox. Çünki fasilədən sonra qırmızı vərəqələr üzündən yaxşı oyun görə bilmədik. İndiyədək 4 qırmızı vərəqənin göstərildiyi belə derbi görməmişdim". Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçi postuna namizəd olan Robert Prosineçki "Xəzər Lənkəran" - "Neftçi" matçı barədə danışarkən deyib.
Xorvatiyalı mütəxəssis bildirib ki, hələ bir
neçə gün Bakıda qalacaq. Həftəsonu AFFA rəhbərliyi ilə görüşdükdən sonra qərar
veriləcək: "Şərtlər barədə danışmaq istəmirəm. Gəlsəm, ailəmlə birgə
gələcəyəm və burada qalacağıq."
Prosineçki gördüklərindən razı qaldığını, növbəti 2 gün ərzində aşağı yaş qruplarından ibarət futbolçuları izlədikdən sonra "Qarabağ"ın Fransada "Sent-Etyen"lə keçirəcəyi Avropa Liqası matçını izləməyə yollanacağını bildirib.