"Xüsusi
bir oyun oldu. Biz buna qədər öz səhvlərimizdən xallar itirmişik. "İnter”lə
oyuna qədər qol epizodlarında daha kəsərli idik”. Sportnet.az-ın məlumatına görə, bunu bu gün
keçirilən "Xəzər Lənkəran” – "Neftçi” matçından sonra jurnalistlərə
açıqlamasında Lənkəran təmsilçisinin baş məşqçisi Oğuz Çətin deyib.
Çətin bu qarşılaşmada qələbə qazanmalı olduqlarını bildirib: "Biz
bu gün daha şiddətli problemlərlə üzləşdik. Çox
rahat qələbə qazana bilərdik. Hesabı 2-1 etdiyimizə görə, 1 qolu da
vurmalı və daha rahat oynamalı idik. Mən futbolçularımla çox danışmışdım.
Oyunçularıma demişdim ki, kart almaq olmaz. Tounkara və Əfran İsmayılovun
etdiyi hərəkətlər və aldığı qırmızı vərəqələr bağışlanan deyil. Oyunçular
bizimdir və bu liqanı bu oyunçularla davam etdirəcəyik. Amma istənilən halda,
qərarlar veriləcək. Bu qədər ciddi çalışmaların fonunda xətalara yer
yoxdur. Oyunçular bunu bilsinlər. Mən ciddi şəkildə çalışıram. Peşəkar bir iş
görürəm. Amma insan faktorunun önünə keçmək mümkün deyil. Futbolun içində təhqir
olmamalıdır. Həm hakimi, həm də futbolçunu təhqir etmək olmaz. Türkiyədə
"Fənərbağça” və "Qalatasaray” azarkeşləri necə aqressivdirlərsə, təəssüf ki,
Azərbaycanda bu "Xəzər Lənkəran” və "Neftçi” azarkeşləri arasında var.
İstərdim ki, "Neftçi” – "Xəzər Lənkəran” oyunları dostluq şəraitində
keçsin. Hakimliklə bağlı deyim ki, çox adi epizodlarda qırmızı vərəqə
gördük. Mən bu baxımdan hakimləri günahlandırmıram. Düşünürəm ki, oyunda hakim
səhvləri oldu. Lakin qırmızı vərəqələri hakim səhvi kimi qələmə verə bilmərəm,
nəticədə hərəkətləri edən bizim futbolçularımız idi".
Qeyd edək ki, "Xəzər Lənkəran" - "Neftçi" matçı heç-heçə başa çatıb - 2:2.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |