Millimizin baş məşqçi postuna namizəd olan Robert Prosineçki bu gün Topaz Premyer Liqasının XIII turu çərçivəsində keçirilən "Xəzər Lənkəran" - "Neftçi" matçını izləyib. Sportnet.az-ın məlumatına görə, mütəxəssis matçdan sonra hər iki komandanın heyətində çıxış edən milli üzvləri barədə fikirlərini bölüşüb.
Prosineçki oyun zamanı intizamsızlıqları
üzündən qırmızı vərəqə alan millimizin oyunçuları Elnur Allahverdiyev və Əfran
İsmayılovun davranışından narazı qaldığını gizlətməyib. Bununla yanaşı, o, razı
qaldığı yığma üzvlərinin olduğunu da vurğulayıb: "Bir neçə
oyunçudan razı qaldım".
Prosineçki Fransanın paytaxtı Parisdə AFFA rəhbərliyi ilə baş
tutan ilk görüşündən bir müddət sonra Bakıya gəlməsinin səbəbini isə belə izah
edib: "Çünki mən özüm Bakını, yığmanın futbolçularını,
çempionatın səviyyəsini canlı görmək istəyirdim. Gəldim, gördüm. Razı qalmışam.
Düşünürəm ki, işimiz uğurlu alına bilər".
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |